“Nar” alternativ enerji mənbəyi ilə çalışan yeni baza stansiyası istifadəyə verib
"Nar" alternativ enerji sistemindən qidalanan ilk baza stansiyasını istifadəyə verib. Bakı şəhəri Səngəçal ərazisində quraşdırılmış baza stansiyası günəş panellərindən əldə olunan enerji ilə çalışır.
Yeni baza stansiyası vasitəsilə kəsintisiz şəbəkə təcrübəsini, yəni enerji təminatının daimiliyini təmin etmək üçün hibrid günəş sistemindən istifadə olunur. Belə ki, sahədə quraşdırılan əlavə elektrik batareyaları günəş şüalarının azaldığı zaman, buludlu hava şəraitində, axşam və ya gecə saatlarında ehtiyat enerji rolunu oynayaraq fasiləsiz təchizatı qorumağa imkan verir.
Alternativ enerji mənbəyi olaraq günəş enerjisindən istifadənin ətraf mühit üçün bir çox faydaları var. Panellərə texniki qulluq prosesinin zərərsiz olması, batareyaların uzunömürlülüyü və davamlılığı ətraf mühitin qorunmasına öz müsbət töhfəsini verir. Daha dayanıqlı “yaşıl” həllər üzərində çalışan “Nar”, bərpaolunan enerji mənbələrindən istifadəni artırmaq üçün gələcək perspektivləri də dəyərləndirir.
Hal-hazırda mobil operatorun 4G və 4.5G texnologiyalı baza stansiyaları ölkənin 54 regionunda əhalini yüksəksürətli internet və zəng xidmətləri ilə təmin edir. “Nar” şəbəkəsi ölkə ərazisinin 97,7%-ni əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2.3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Daha ətraflı məlumat nar.az səhifəsindən əldə etmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.
Texnologiya
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon!
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!
- “Nar”ın “Dinlət” xidməti pulsuz oldu!
- “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb
- “Nar” “Breyn Rinq” intellekt yarışına dəstəyini davam etdirir
- “Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir - FOTOLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 975 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 942 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 932 dəfə oxunub