Xüsusi karantin rejimində “Səyyar Nar” həftəsonları da fəaliyyətini davam etdirir

“Nar” xüsusi karantin rejimində abunəçilərinin bütün zəruri xidmətlərdən yararlana bilməsi üçün “Səyyar Nar” xidmətini həftəsonları da təqdim etməyə davam edir. Abunəçilər evlərini tərk etmədən "Nar" xidmət mərkəzlərində göstərilən bir çox xidmətlər üçün, eləcə də SIM kartın dəyişdirilməsi, nömrə bərpası əməliyyatları və ASAN İmza xidmətinin aktiv edilməsi üçün “Səyyar Nar”a müraciət edə bilərlər.
Ölkədə yayılmış koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə dəstək olaraq mobil operator bu xidmət vasitəsilə Bakı - Abşeron və Sumqayıt ərazilərində yaşayan abunəçilərinin lazımı əməliyyatları birbaşa ünvanlarında əldə etməsini təmin edir. Müraciətlər 24/7 gücləndirilmiş iş rejimində çalışan 777 ‘Çağrı mərkəzi’ üzərindən qəbul edilir. Müraciət zamanı xidmətin göstəriləcəyi dəqiq ünvan, əlaqə nömrəsi və lazım olan xidmət növü qeyd edilməlidir.
Qeyd edək ki, xüsusi karantin rejimi boyunca həftəsonları da daxil olmaqla, müştərilər "narsim.az" vebsaytı üzərindən almaq istədikləri nömrəni seçib evə çatdırılma xidmətindən də yararlana bilərlər. Çatdırılma sifarişin verildiyi müddətdən sonra 24 saat ərzində həyata keçirilir.
“Nar” hər kəsi bir daha Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına əməl etməyə və koronavirusla mübarizə üçün imkanlarını səfərbər etməyə çağırır.
Texnologiya
- “YAŞAT" Fonduna 8110 SMS vasitəsilə ianə etmək imkanı yaradılıb
- “Nar+” tətbiqi ilə müştəri xidməti cibinizdə!
- 2021-ci il yanvarın 1-dən “WhatsApp” bu telefonlarda işləməyəcək - VİDEO
- “Nar”ın baş sponsorluğu ilə “Breyn Rinq”in 1/8 final oyunları başa çatır
- Xüsusi karantin rejimində “Səyyar Nar” həftəsonları da fəaliyyətini davam etdirir
- “Nar” “COVID-19” virusu ilə mübarizə aparan həkimlərə rabitə dəstəyini davam etdirir
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- 20 Yanvar günü Bakıda havaya fişəng atan şəxs saxlanıldı 993 dəfə oxunub
- Xınalığa gedən yol buz bağladı 990 dəfə oxunub
- Azərbaycanda məktəblər bu tarixdə açılır - RƏSMİ 989 dəfə oxunub
- Qar Ağsu dolarlarında hərəkəti çətinləşdirdi - RƏSMİ 986 dəfə oxunub
- Təhsil naziri: “Qısa müddətdə qapanmalara qayıda bilərik” 980 dəfə oxunub