“Nar” sosial izolyasiya dövründə təhsilə dəstək olmağa davam edir

Ölkədə təhsilin inkişafına xüsusi önəm verən “Nar” pandemiya dövründə də alternativ kanallarla təhsilinə davam edən tələbə və şagirdlərə öz dəstəyini göstərir. Belə ki, mobil operator Azərbaycan Respublikası Təhsil Nazirliyinin xüsusi layihəsi olan və sosial izolyasiya dövründə internetə çıxışı məhdud olan şagirdlər üçün TV üzərindən canlı dərslər yayımlayan “Dərs vaxtı” proqramını rabitə dəstəyi ilə təmin edir.
Proqramda məktəbdə keçirilən bütün fənlərin televersiyası nümayiş olunur və bu teledərslər şagirdlərə ölkənin istənilən yerindən ən təcrübəli müəllimlərin izahı ilə mövzuları öyrənmək üçün unikal imkan yaradır. Dərsləri həftəiçi hər gün "Mədəniyyət" və "ARB Günəş" telekanallarında izləmək mümkündür. Gündəlik dərs cədvəli ilə burada tanış ola bilərsiniz.
Xatırladaq ki, “Nar” pandemiya dövründə təhsilin davamlılığına dəstək məqsədilə sərfəli “TƏHSİL+” internet paketini təqdim edib ki, bu da şagird və tələbələrin, eləcə də müəllimlərin onlayn dərslərə daha rahatlıqla qoşula bilməsinə imkan yaradır.
Texnologiya
- İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi başlayır
- “Nar” “Əlilliyi olan şəxslərin məşğulluğu” ilə bağlı keçirilən tədbirdə öz təcrübəsini paylaşıb
- “Nar” Naxçıvanda şəbəkəsini genişləndirməyə davam edir
- “Nar” "Karabakh is Azerbaijan" beynəlxalq onlayn şahmat seriyasına dəstək olub
- “Nar” karantin rejimi müddətində müştərilərinin sorğularını operativ şəkildə cavablandırıb
- Neftin qiyməti bahalaşır
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Qiymət artımı ilə bağlı qərar QƏBUL EDİLDİ 907 dəfə oxunub
- Qaradağda 10 maşın toqquşdu, ölən var - DƏHŞƏTLİ qəza 905 dəfə oxunub
- Bakının mərkəzi prospekti buz bağladı - Nə duz səpən var, nə də hərəkət edə bilən... 903 dəfə oxunub
- İlham Əliyev və Mehriban Əliyeva “Ana harayı” abidəsini ziyarət etdilər 599 dəfə oxunub
- İlham Əliyev mətbuat konfransı keçirir - CANLI YAYIM 598 dəfə oxunub