“Nar” Naxçıvanda şəbəkəsini genişləndirməyə davam edir

Ölkənin bütün regionlarını keyfiyyətli şəbəkə ilə təmin etməyi hədəfləyən “Nar” Naxçıvan Muxtar Respublikasında da baza stansiyalarının sayını artırmağa davam edir. Son iki ayda aparılan şəbəkə təkmilləşdirilməsi işləri nəticəsində Muxtar Respublikada 13 yeni baza stansiyası fəaliyyətə başlayıb.
Yeni 3G baza stansiyaları Şahbuz, Şərur, Ordubad, Culfa və Kəngərli rayonlarının mərkəzdən kənar kəndlərini yüksək keyfiyyətli şəbəkə ilə təmin edir. Ümumilikdə “Nar” şəbəkəsi NMR-da 158 baza stansiyası ilə əhalinin 99,6%, ərazininsə 98,5%-ni əhatə edir.
Regionlarda yüksək sürətli internetə çıxışı daha əlçatan edən “Nar” bundan sonra da şəbəkə təkmilləşdirilməsi işlərinə davam edəcək. “Nar” şəbəkəsinin əhatə dairəsi ilə daha ətraflı burada tanış ola bilərsiniz.
Texnologiya
- İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi başlayır
- “Nar” “Əlilliyi olan şəxslərin məşğulluğu” ilə bağlı keçirilən tədbirdə öz təcrübəsini paylaşıb
- “Nar” Naxçıvanda şəbəkəsini genişləndirməyə davam edir
- “Nar” "Karabakh is Azerbaijan" beynəlxalq onlayn şahmat seriyasına dəstək olub
- “Nar” karantin rejimi müddətində müştərilərinin sorğularını operativ şəkildə cavablandırıb
- Neftin qiyməti bahalaşır
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Sürücü əli ilə saxlamaq istədiyi yük maşınının altında qalıb öldü - ANBAAN VİDEO 925 dəfə oxunub
- Prezident Azərbaycan İnvestisiya Holdinqinə yeni səlahiyyətlər verdi 918 dəfə oxunub
- Paşinyan xəstəxanaya çatdırıldı - Sui-qəsd törədən 3 əli silahlı şəxs…. 914 dəfə oxunub
- Bakıda qar yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ 914 dəfə oxunub
- Qiymət artımı ilə bağlı qərar QƏBUL EDİLDİ 597 dəfə oxunub