“Nar”ın dəstəyi ilə keçirilən "Karabakh is Azerbaijan" onlayn şahmat seriyası başa çatdı

“Nar”ın dəstəyi ilə chess.az saytının keçirdiyi "Karabakh is Azerbaijan" onlayn şahmat seriyası başa çatıb. Böyük finala vəsiqə qazanmış ən yaxşı 10 şahmatçı arasında gedən mübarizədə Elnur Mehtiyev birinci yerin qalibi olub. İkinci və üçüncü yerlərin sahibləri isə müvafiq olaraq İsmayıl Qurbanov və Şəhriyar Rəhmanov olub. İlk üç yeri tutmuş şahmatçılar “Nar” tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, iki aydır davam edən seriyada Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna və Hindistandan ümumilikdə 264 şahmatçı iştirak edib. 8 turnirdən və böyük finaldan ibarət seriyada turnirlərin hər biri Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş rayonların adını daşıyıb. Seriya lichess.org şahmat platforması üzərindən keçirilib.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 90%-ni əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Texnologiya
- “Nar”ın dəstəyi ilə keçirilən "Karabakh is Azerbaijan" onlayn şahmat seriyası başa çatdı
- “Nar+” tətbiqini yüklə, xüsusi bonuslardan yararlan!
- “Nar” onlayn təhsil alanlar üçün “TƏHSİL+” internet paketinin müddətini uzadıb
- “Nar” 2020-ci ilin yekunları ilə bağlı hesabatını açıqladı - FOTOLAR
- Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır
- İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi başlayır
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda dəhşətli yanğın - Ölən var 923 dəfə oxunub
- Azərbaycanlı müğənni boşanmaq istədiyi əri tərəfindən öldürüldü 921 dəfə oxunub
- Bakıda daha bir müəllim koronavirusdan vəfat etdi 920 dəfə oxunub
- "Rəmişin hər şeyi mənimdir, maşını, evi..." - Mülk davası 919 dəfə oxunub
- Uşaq bağçalarında iki milyon manatlıq yeyinti ilə bağlı RƏSMİ AÇIQLAMA 910 dəfə oxunub