“ALIVE” təqdim edildi - FOTOLAR
Azərbaycanın üç yaradıcı və istedadlı gənci Ramin Paşayev, Amal Əlili və Nərmin Behbudova “ALIVE” trekni təqdim ediblər. Mahnı dinləyicilər tərəfindən qeyri-adiliyi ilə diqqətləri cəlb edib.
Yaradıcı heyət bildirib ki, trekdə milli və şərq üslubuna xas olan elementlər öz əksini tapsa da, musiqi parçası daha çox Avropa musiqisini xatırladır. Hazırda dünyanın aparıcı musiqi bazarlarında daha çox elektron musiqi janrında yazılmış parçalara üstünlük verildiyindən, “ALIVE” trekinin Avropa və bütün dünyada uğur qazanacağını əminliklə söyləmək olar. Tam fərqli üslubda tərtib olunmuş bu trek, ölkəmizin və musiqimizin xaricdə uğurla təmsil olunmasında vasitəçi olacaqdır.
Dəyişkən ritmlər və intensivliyin ahəngi bu treki klub aurası yaratmaq və rəqs etmək üçün əvəzolunmaz vasitəyə çevirir. “ALIVE” treki, adına uyğun olaraq insanı bir növ canlandırır. Enerji dolu bu parça dinləyicilərini bir növ xəyal etməyə, yaratmağa və sevməyə çağırır.
Qeyd edək ki, trek tamamilə yerli musiqiçilərimiz tərəfindən ərsəyə gəlib.
“ALIVE”nin sözləri Nərmin Behbudovaya, musiqisi Ramin Paşayev, Amal Əlili, Nərmin Behbudovaya, aranjemanı Amal Əlili, Ramin Paşayevə məxsusdur. Miksinq və masterinq Rüstəm Rzayevin rəhbərliyi altında “BEAT Music” studiyası tərəfindən hazırlanıb.
Mahnını bu linkdən dinləyə bilərsiniz:
https://www.youtube.com/watch?v=OGCmHjkKZyw&feature=youtu.be
Texnologiya
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!
- “Nar”ın “Dinlət” xidməti pulsuz oldu!
- “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb
- “Nar” “Breyn Rinq” intellekt yarışına dəstəyini davam etdirir
- “Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir - FOTOLAR
- “Nar” Azərbaycanda uşaq hüquqlarının təşviqinə dəstək olur - FOTOLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 966 dəfə oxunub
- Emin Ağalarov söz verdi 966 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 964 dəfə oxunub