“Nar”ın keçirdiyi “Mobil rabitənin əsasları” təlimi yekunlaşdı - FOTOLAR

“Nar” texniki heyətinin hazırladığı və həyata keçirdiyi “Mobil rabitənin əsasları” təlimi müvəffəqiyyətlə yekunlaşdı. Azərbaycan Texniki Universitetində (AzTU) keçirilən təlimdə iştirak edən tələbələr sertifikatlarla təltif edildilər.
Rabitə texnologiyaları mövzusunda keçirilən təlimdə tələbələr mobil şəbəkənin fəaliyyətini “Nar”ın texniki heyətinin real təcrübəsi əsasında öyrəndilər. Tələbələrin mobil rabitə bazarına peşəkar kadr olaraq hazırlanması və məzun olduqdan sonra qısa müddət ərzində uğurlu karyera qurmaları üçün keçirilən təlim “Nar”ın təhsilə dəstək korporativ məsuliyyət strategiyası çərçivəsində təşkil edilir.
Qeyd edək ki, mobil operator AzTU ilə 2015-ci ildən əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində “Nar” əməkdaşlarının keçirdiyi təlimlərlə yanaşı universitetin nəzdində “Nar” GSM laboratoriyası da fəaliyyət göstərir. Universitetlə əməkdaşlığın əsas hədəfi yerli telekommunikasiya ixtisası üzrə təhsil alan azərbaycanlı gənclərin nəzəriyyə ilə yanaşı təcrübi biliklərə də yiyələnərək rabitə bazarında əcnəbi həmkarlarından üstün mövqelərə yiyələnməsidir.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 8780-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.



Texnologiya
- “Nar” və Azərbaycan Könüllü Təşkilatları İttifaqı arasında memorandum imzalandı - FOTOLAR
- “Nar” yenilənmiş satış və xidmət mərkəzini təqdim etdi - FOTOLAR
- “Nar” Beynəlxalq Kitab günü münasibətilə sosial media müsabiqəsinə start verir
- “Nar” və “Breyn Rinq” tərəfdaşlığı davam edir
- Naxçıvan Dövlət Universitetində “Mobil rabitə təlimi” keçirildi - FOTOLAR
- “Nar" 15 illiyi münasibətilə hədiyyəli yarışlara davam edir! - FOTOLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Əhalinin banklara kredit borcu ARTIB 1045 dəfə oxunub
- Telefonların qeydiyyat rüsumu ləğv edilib? - AÇIQLAMA 1045 dəfə oxunub
- Azərbaycanda qadın müəllim yanıb öldü - ŞOK TƏFƏRRÜAT 940 dəfə oxunub