Naxçıvan Dövlət Universitetində “Mobil rabitə təlimi” keçirildi - FOTOLAR

Azərbaycan mobil rabitə peşəkarlarının hazırlanması, telekommunikasiya sahəsi üzrə təhsil alan tələbələrin hazırlıqlı kadr kimi yetişməsi məqsədilə mobil operator “Nar” Naxçıvan şəhərində növbəti dəfə “Mobil rabitənin əsasları” təlimini keçirdi.
Bu dəfəki təlim mobil standartların arxitekturası, şəbəkə avadanlıqlarının iş prinsipi kimi geniş mövzuları əhatə edirdi. Naxçıvan şəhərində ikinci dəfə keçirilən “Mobil rabitənin əsasları” təlimi Naxçıvan MR Rabitə və Yeni Texnologiyalar nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət universitetində keçirilib. Təlimdə universitetin müəllim və tələbələri ilə yanaşı, sözügedən nazirliyin əməkdaşları da iştirak ediblər.
Telekommunikasiya və informasiya təhlükəsizliyinin artan strateji əhəmiyyətini nəzərə alaraq, bu sahədə yerli kadrların hazırlanması üçün “Nar” bu təlimləri davamlı olaraq həyata keçirir. Təlimin məzmunu mobil operatorun peşəkar texniki heyəti tərəfində təcrübi biliklər əsasında tərtib edilir və universitetlərin nəzəri biliklərinə əlavə kimi tədris olunur. Təlimdə iştirak edən tələbələr “Nar” tərəfindən sertifikatla təltif edir.
Qeyd edək ki, bu günədək 300-dən çox tələbənin qatıldığı “Mobil rabitənin əsasları” təlimləri “Nar”ın təhsilə dəstək korporativ məsuliyyət strategiyası çərçivəsində təşkil edilir. Mobil operatorun digər sosial layihələri və KSM strategiyası haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.





Texnologiya
- “Nar” və Azərbaycan Könüllü Təşkilatları İttifaqı arasında memorandum imzalandı - FOTOLAR
- “Nar” yenilənmiş satış və xidmət mərkəzini təqdim etdi - FOTOLAR
- “Nar” Beynəlxalq Kitab günü münasibətilə sosial media müsabiqəsinə start verir
- “Nar” və “Breyn Rinq” tərəfdaşlığı davam edir
- Naxçıvan Dövlət Universitetində “Mobil rabitə təlimi” keçirildi - FOTOLAR
- “Nar" 15 illiyi münasibətilə hədiyyəli yarışlara davam edir! - FOTOLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR 1140 dəfə oxunub
- Hava ilə bağlı - XƏBƏRDARLIQ 1081 dəfə oxunub
- Pomidorun qiyməti bu tarixdən ucuzlaşacaq - AÇIQLAMA 1074 dəfə oxunub
- Foto və videoları ilə şantaj edilən qız özünü öldürdü - Azərbaycanda şok hadisə 1070 dəfə oxunub
- Xalq artisti Vaqif Əsədov vəfat etdi 1057 dəfə oxunub