Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

WhatsApp-dan çox sevilən YENİLİK - SƏSLİ STATUS

"WhatsApp"a daha bir yeni funksiya əlavə edilir.

Mynews.az.az-ın məlumatına görə, "WhatsApp"da səsli status paylaşmaq mümkün olacaq.

Lakin yeni funksiyanın nə vaxt istifadəçilərə təqdim olunacağı bilinmir.

Əlavə edək ki, "WhatsApp"ın 2.22.16.3 nömrəli Android versiyasında yoxlanılan funksiyanın İOS-a gəlməsinə dair məlumat yoxdur.

Bəs səsli statusu funksiyası necə işləcək?

Səsli status paylaşmaq üçün status bölməsinin alt hissəsindəki mikrofon işarəsinə kliklənməlidir. Səsli mesajı qeydə aldıqdan sonra isə onu yayımlaya bilərik.

Səsli statusların gizlilik bölməsində icazə verdiyiniz şəxslərə açıq olacağı və dinləyə biləcəkləri qeyd olunub. Bu səsli statusu mesajları başdan-başa şifrələnəcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...