Azərbaycanda "Tiktok" bu səbəbdən məhdudlaşdırılıb
"Tik-Tok" sosial şəbəkəsində dezinformasiya xarakterli məlumatların yayılması daha çox risk daşıdığı üçün, bu şəbəkənin ölkə ərazisində bloklanmasına dair qərar qəbul edilib.
Bunu "APA-Economics"in sualına cavab olaraq Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.
Onun sözlərinə görə, müəyyən insanlar var ki, "Tik-Tok"u daha asan istifadə oluna bilən formata salmışdı.
"Yəni, "Tik-Tok"un özünün alqoritmi var ki, siz hansısa bir videoya baxdıqda ona uyğun digər kontentləri cəmləyib sizin qarşınıza çıxarır. Bu vasitə ilə sizi həm doğru, həm yalnış istiqamətlərə yönəldə bilir. Yəni, siz doğru məlumata baxsanız, düşmən ölkə həmin məlumata uyğun misal olaraq 10 dənə yalnış və sövqedici məlumat paylaşacaq. Belə olan halda siz informasiya müharibəsinin qurbanına çevrilə bilərsiniz. Eyni addımı düşmən ölkə da atıb. Eyni təhdidlər hər iki tərəfdən eyni formada dəyərləndirilir və məqbul hesab olunduğu, risk daşıdığı üçün bu formada addım atılıb",- deyə Tural Məmmədov qeyd edib.
Texnologiya
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon!
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!
- “Nar”ın “Dinlət” xidməti pulsuz oldu!
- “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb
- “Nar” “Breyn Rinq” intellekt yarışına dəstəyini davam etdirir
- “Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir - FOTOLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1126 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1114 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1114 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1110 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 1003 dəfə oxunub