Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İnvertor tipli soyuducular – davamlı, səssiz, qənaətcil

Ənənəvi sıravi kompressorlu soyuducuları üç sözlə təsvir etmək olar – qoşulma, işləmə, sönmə. Başqa sözlə desək, soyuducu işə düşməlidir, kameranı soyutmaq üçün maksimum həddə çatmalıdır və sönməlidir.

Yadınızdadır, uşaqlıqda valideynlərimiz soyuducunun qapısını tez-tez açmamağı xahiş edirdilər, bunu ona görə deyirdilər ki, hər dəfə soyuducu dövrəni yenidən başlayırdı və əlavə enerji sərfiyyatı edirdi.

Siravi kompressorlu soyuducuların əvəzinə, “Samsung” elektrik enerjisinə qənaət edən invertor tipli soyuducuları təklif edir. İnvertor kompressorunun işləmə prinsipini daha aydın və əyləncəli surətdə “Samsung” kampaniyasının “YouTube” kanalında yerləşən çarx təsvir edir.

Yeni nəsil “Samsung” soyuducularında rəqəmsal invertor texnologiyasından istifadə edilir. 
Belə texnologiya kompressorun sürətini, soyutmanın bütün 7 səviyyəsində tənzim edir. İnvertor kompressoru axarlı və bir vəzndə işləyir, sıçrayışsız və nəticədə az enerji sərf edir.

Yəni, çoxlu elektrik enerjisi tələb edən, qəfil sönmə-yanma baş vermir. “Samsung” kampaniyasının araşdırmasının nəticələri göstərir ki, bu texnologiya TMF (üst buzxanalı) tipli soyuducularda 29%, BMF (alt buzxanalı) tiplilərdə isə 24% enerji sərfiyyatını azaldır.

Ənənəvi soyuducularda sönmə-yanma fazasında adət etdiyimiz “çıqqıltı” xasdır, soyuducunun işləmə prinsipi də “səs-küylüdür”, amma invertor tipli soyuducular onlarda fərqli olaraq “səssiz” işəyirlər.

Eyni zamanda rəqəmsal invertor texnologiya sahəsində “Samsung” soyuducuları köhnəlməyə daha davamlıdır, bu da öz növbəsində onların istismar müddətini uzadır. 

Effektiv enerji sərfiyyatından əlavə, “Samsung” soyuducuları bir çox faydalı funksiya ilə təchiz olunublar. Misal üçün, bu “ağıllı soyutma sistemi” sahəsində həmişə təzə ərzaq deməkdir. İrəli çəkilən “Easy Slide” rəfinin köməyi ilə isə bütün ərzaqlar əliniz altında olacaq – soyuducunun arxa divarına yaxın olsalar da belə. 

“Samsung” soyuducularının əlavə imkanları haqda məlumatı “Baku Electronics”, “Kontakt Home” və “Maxi.az” mağazalar şəbəkəsindən ala bilərsiniz.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...