Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Facebook-a çoxdan gözlənilən funksiya gəlir

"Facebook", şərhlərə GIF animasiyalarının əlavə olunması funksiyasını test edir.

Mynews.az techote-yə istinadən xəbər verir ki, "Biz bilirik ki, istifadəçilər, GIF animasiyaları, şərhlərdə istifadə etmək istəyirlər. Məhz buna görə biz bu funksiyanı test etməyə başlamışıq.

Qeyd etmək istəyirik ki, bu, sadəcə, hələ ki, testdir" deyə sosial şəbəkənin təmsilçiləri bildiriblər.

 

Məlumata əsasən, şərhlərdəki GIF düyməsi, ilk öncə, bir sıra istifadəçilər üçün aktiv olacaq. Şirkət bildirib ki, əgər bu funksiya məşhurlaşsa, onda bütün istifadəçilər üçün aktiv olacaq. Şərhlərdə olacaq GIF düyməsi, Messenger-dəki GIF düyməsinin çalışdığı kimi çalışacaq. Beləliklə, istifadəçilər şərhlərdə təqdim olunacaq GIF animasiyaları yerləşdirə və ya istədikləri digər GIF animasiyaları axtara biləcəklər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...