Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“iPhone”un yeni modelinin təqdimatı baş tutmaya bilər

“iPhone 8” yeni mobil telefonunun təqdimatı təyin edilən vaxtda baş tutmaya bilər.

Mynews.az Ölkə.az-a istinadən xəbər verir ki, yeni telefon plana əsasən, 2017-ci ilin sentyabr ayında təqdim ediləcək. 

Ekspertlərin fikrincə, barmaq izi sensorunda yaranan problemə görə təqdimat ləngiyə bilər.

Sensorun ekranın altına yerləşdirilməsi yeni smartfona daha gözəl dizayn və displey üçün daha çox yer deməkdir. 

Məlumatlara əsasən, displey arxa paneli də əhatə edəcək. “Home” düyməsi də sensorlu olacaq və şüşənin altına yerləşdiriləcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...