Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

DİQQƏT: Telefonunuzun enerjisi bitməyəcək - Sirri tapıldı

Günümüzdə artıq telefonlar sadəcə telefon xüsusiyyəti daşımır. Bizim bütün işlərimizi qısa zamanda həll olunmasına yardımçı olan bir vasitədir. Amma bütün bunlarla yanaşı təbii ki, enerji problemi də özünü göstərir. Hətta bəzən elə bir an olur ki, telefon bizə lazım olur, amma enerji az olduğu üçün işimizi görə bilmirik.

Mynews.az xəbər verir ki, batareyaların həcmini artıra bilmərik, amma enerjiyə qənaət etmək üçün bir neçə üsul mövcuddur.

İstifadə etmədiyiniz mobil bağlantıları söndürün!

Cihazda enerji sərfiyyatına ən çox səbəb olan mobil bağlantılardır. WiFi, 3G mobil bağlantı enerjini həddindən artıq çox aparır. Əgər evdə və ya ofisdəsinizsə, o zaman problem yoxdu. Amma gün ərzində telefonu cərəyana taxa biləcəyiniz məkanlarda olmayacaqsınızsa, o zaman bu bağlantıları söndürün. Sadəcə lazımlı anda istifadə edin.

Ekran parlaqlığını azaldın!

Telefonun enerjisini azaldan əsas səbəblərdən biri də ekranın parlaqlığının çox olmasıdır. Xüsusilə də, telefonda daha çox vaxt keçirirsinizsə, buna diqqət yetirməlisiniz. Əgər işıq çoxdursa və ekranı görməkdə çətinlik çəkdiyiniz bir yerdə deyilsinizsə, o zaman çox parlaq etməyin. Ekran parlaqlığını azaltmaq enerjiyə böyük ölçüdə təsir edir.

Açıq proqramları bağlayın!

Ağıllı telefonlarla birgə həyatımıza girən proqramlar da bizim işlərimizi daha tez və asan şəkildə həll etməyə kömək edir. Amma işlətdiyimiz proqramları daha sonra bağlamadıqda enerji sərfiyyatına yol açır. Arxa fonda daim aktiv olan proqram öz servisləri ilə enerjini çox azaldır və biz fərqinə varmasaq da, böyük ölçüdə enerji sərfiyyatına səbəb olur. Ona görə də istifadə etdikdən sonra açıq proqramları bağlamaqda fayda var.

Təyyarə rejimində enerji doldurun!

Əgər çox təcili bir zəng gözləmirsinizsə və telefonu şarj etmək lazımdırsa, daha az vaxta enerji yığması üçün onu "Təyyarə Rejimi"nə keçirməyiniz məsləhətdir. Beləliklə, siz telefonun enerjisini daha sürətli dolmasına nail olacaqsınız.

Doğru telefon seçin!

Bütün bu yazdıqlarımız istənilən model üçün keçərlidir. Amma təbii ki, başlanğıcdan ilk addımı düzgün atmaq da önəmlidir. Batareya həcmi böyük olan telefonlara üstünlük verməyiniz məsləhətdir. Batareya həcmi nə qədər böyükdürsə, enerji saxlama müddəti də bir o qədər artır. Məsələn, batareya ömrü 3000 mAh olan bir telefon sizin bütün istəklərinizi qarşılaya bilər. Ona görə də telefon aldıqda bu məqama xüsusi fikir verin.(saqlamheyat.az)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...