Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

DİQQƏT: "Facebook"da qohumlarınızı dostluqdan silin - Çox təhlükəlidir

Sosial şəbəkələrdə işarələdiyiniz qohumlarınızın məlumatlarını istifadə etmək bir çox şifrə oğrusunun yeni metodu sayılır.

Mynews.az xəbər verir ki, internet məkanında qeyd olunan məlumatlar həyatınız üçün risk daşıyır. Siyahınızda 500 dostunuz varsa, 500 dostunuzla soyadınızı paylaşdığınızın fərqindəsiniz? Hətta “Facebook” gizlilik tənzimlənmələrini etmədinizsə, bütün internet coğrafiyasına bu məlumatları paylaşdığınızı bilirsiniz? Üstəlik də, sadə şifrələrdən istifadə edirsinizsə, şəxsi məlumatlarınızı daha tez əldə etmək mümkündür.

İnformasiya Texnologiyaları Qurumu insanlara xəbərdarlıq edib ki, sosial şəbəkələrdə şifrələriniz ən azı 8 xarakter olmalı, tərkibində xüsusi işarələr (@#$%^& ) olmalı, həm kiçik, həm böyük hərflər (V, v) istifadə edilməlidir. Doğum tarixiniz, ya da digər şəxsi məlumatlarınızı şifrə üçün istifadə etməyin.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...