Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Deputatdan ŞOK AÇIQLAMA - “İqtisadiyyatımızı yalnız fahişəxanalar xilas edə bilər”

Ukrayna parlamentinin deputatı Mixail Qavrilyuk ölkə iqtisadiyyatını böhrandan çıxartmaq üçün sensasion təklif irəli sürüb.

Mynews.az “Unian” informasiya agentliyinə istinadən xəbər verir ki, deputat Ukrayna iqtisadiyyatını böhrandan çıxartmaq və dövlət büdcəsini doldurmaq üçün ölkədə fahişəxanaların sayının artırılmasını təklif edib:

“Hazırda Ukrayna iqtisadiyyatı çox pis vəziyyətdədir, xaos hökm sürür, dövlət büdcəsində olan vəsait tükənmək üzrədir. Bizim yeganə çıxış yolumuz fahişəxanaların leqallaşdırılması və onların sayının artırılmasıdır. Bununla, biz Ukrayna büdcəsini doldura bilərik”.

Ukraynanın Baş naziri Arseniy Yatsenyukun sədrlik etdiyi Xalq Cəbhəsi partiyasından deputat olan Mixail Qavrilyuk qeyd edib ki, ölkədə mövcud olan fahişəxanalardan toplanan vəsaitin çox hissəsi dövlət büdcəsindən oğurlanır: “Ukraynada fahişəliklə məşğul olanları təkcə polislər deyil, prokurorlar da himayə edirlər. Prokurorlar fahişəxanalardan milyonlarla vəsaiti oğurlayıb şəxsi ciblərinə qoyurlar. Bu korrupsiya zəncirini birdəfəlik qırmaq lazımdır. Elə etmək lazımdır ki, bu vəsaitlər Ukraynanın dövlət büdcəsinə daxil olsun. Əgər bu qanunu qəbul etsək, bundan ən çox Ukraynanın dövlət büdcəsi qazanacaq”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...