Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Baba nəvəsinə “arvadımı boşayıb, səni alacam” dedi - DƏHŞƏT...

Antalyada iyrənc ailə hekayəti  baş verib. Belə ki, 14 yaşlı nəvəsinə təcavüz edən baba “Həyat yoldaşımı boşayıb, səni alacam deyib”.  

14 yaşlı şagird S. Ö. babasının ona təcavüz etdiyini müəlliminə söylədikdən sonra hadisənin üstü açılıb.   

Təcavüzdə ittiham edilən 58 yaşlı baba C. K. polis tərəfindən tutulub. 8 ilə qədər həbsi gözlənilən C. K. nəvəsinin ona böhtan atdığını bildirib. Antalya 5-ci  Ağır Cəza Məhkəməsində verdiyi ifadəsində deyib: “8 nəvəm var, altısı yanımda qalır. Mən nəvəmə qarşı heç bir təcavüz etməmişəm. Nəvəm mənə məktəbin xidməti sürücüsü ilə Kəpəzə getdiyini demişdi. Mən də ona hirslənmişdim. Hətda, həmin sürücü ilə mesajlaşdığını görüb, anasına şikayət edəcəyimi söyləmişdim. Buna görə mənə böhtan atmış ola bilər. 5 aydır həbsdəyəm, bəraətimi istəyirəm”.

  Kiçik qızın anası N. Ö. isə, həm atası, həm də ögey anasından şikayətçi oldu: “Tətildə dincəlməsi üçün qızımı babasının yanına göndərmişdim. Qızım evimizə dönəndə bizə və babasına qarşı münasibəti dəyişmişdi. Üstümüzə qışqırırdı. Bir axşam məndən təcavüzün nə olduğunu soruşdu. Mən də “sonra deyərəm” dedim. Məktəbdə müəlliminə babasının ona təcavüz etdiyini söyləmiş. Buna görə müəllimləri məni çağırıb məsələni bildirdilər.

Çox ağladım. Babası qızıma “Həyat yoldaşımı boşayıb səni alacam” demiş”.   Uşağın və ailəsinin vəkili Naz Ecem İbiloğlu isə, videogörüntüyə alınan kişinin babasının özü ola biləcəyini söyləyib. Vəkilin iddiasından sonra məhkəmə heyəti müttəhimin əlləri ilə videogörüntüyə düşən kişinin əllərini müqayisə edib. Qolları dirsəyə qədər  açdırılan mütəhimin əlləri ilə videogörüntüdəki kişinin əlləri arasında oxşarlıq tapılmayıb.    Müttəhimin bəraət tələbini qəbul etməyən məhkəmə heyəti əlavə sübutların təqdim edilməsi üçün  prosesi bir neçə günlüyə təxirə salıb.  

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...