Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Hindistanda qarın nahiyəsində ikinci başı olan qız dünyaya gəlib

Parazit əkiz adlanan - qarın nahiyəsində ikinci başı olan qız Hindistanda doğulub. 

Mynews.az xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb. 

Hindistanın Caypur şəhərinin “JK Lone” xəstəxanasında dörd saatlıq əməliyyat keçirilib. Əməliyyat zamanı çıxıntı kəsilərək götürülüb. Hazırda körpə sağalmağa doğru gedir.  

“İkinci baş” qismən inkişaf etmişdi, onun qulaq və gözü yox idi. Cərrahların sözlərinə görə, “baş” qızı vacib qida maddələrindən məhrum edirdi. Bundan başqa, “ikinci baş” ilə uşağın üçüncü əli də var idi. 

Qəzetin məlumatına görə, parazit əkizi olan uşaqların dünyaya gəlməsi nadir haldır. Əməliyyat aprelin 26-da keçirilib, amma KİV bu barədə indi məlumat yayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...