Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rusiyada mühafizəçinin öldürülmə anının görüntüsü yayıldı - 16+ - VİDEO

Rusiyanın Severodvinsk şəhərində yataqxananın mühafizəçisinin öldürülmə anının video görüntüsü yayılıb.

SalamNews-un Ren.tv-yə isinadla verdiyi xəbərə görə, kadrlarda kişinin mühafizəçiyə yaxınlaşdığı və onlar arasında mübahisə yarandığı görünür. 

Bundan sonra cinayətkar mühafizəçiyə güclü zərbə endirir. İşçi yerə yıxılır və başı divara dəyir. Bundan sonra cinayətkar yerdə huşsuz vəziyyətdə uzanan şəxsə ayaq zərbələri endirərək onu öldürür. 

Cinayətkar ölmüş şəxsin ciblərini axtardıqdan sonra hadisə yerindən qaçır.   Qatil saxlanılıb. Onun 45 yaşlı yerli sakin olduğu bildirilir. O, hadisə baş verən gün sərxoş vəziyyətdə olub. Münaqişəyə səbəb yataqxana işçisinin onu məzəmmət etməsi olub. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...