ATƏT Yerevan ofisini bağlayır
Yaxın aylarda ATƏT-in Yerevan ofisinin bağlanması planlaşdırılır.
Mynews.az Virtualaz.org-a istinadən xəbər verir ki, bunu ATƏT-in Baş katibinin ofisindən bildiriblər. ATƏT-in mərkəzi mənzil-qərargahından mənbəyə verilmiş cavabda deyilir: “Almaniyanın sədrliyi dövründə 2016-cı ildə ATƏT-in Yerevan ofisinin bağlanması ilə bağlı dalana dirənmiş vəziyyətin həlli ilə səyləri izləyərək, Avstriyanın sədrliyi də bütün müvafiq tərəflərlə məsləhətləşmələrlə məşğuldur.
Bildiyiniz kimi, aprelin 21-22-də Avstriyanın keçmiş prezidenti Haynts Fişer Yerevanda və Bakıda olub, vəziyyətdən çıxış yollarını öyrənib. Bu səfərdən sonra daha bir güzəşt mətni ümid etməyə əsas verirdi ki, bütün açıq problemlər həll edilə bilər. Lakin çoxsaylı görüşlər və qeyri-rəsmi müşavirələr, iştirakçı ölkələrin səyləri heç bir nəticə vermədi.
Sədrlik hazırda Baş katibliyə müraciət edib ki, o yaranmış status-kvo ilə əlaqədar bütün təfərrüatları nəzərə alsın.
Cənubi Qafqazda təhlükəsizliyin bütün istiqamətləri üzrə dəstəyi və əməkdaşlığı davam etdirmək üçün ATƏT-in iştirakının bütün alternativ variantları öyrəniləcək”.
Dünya
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu
- Moskvada daha bir DƏHŞƏT
- Məşhur aktyor "Oskar"a çılpaq qatıldı
- Zəlzələdə anasını itirdi, bir gün sonra oğlu dünyaya gəldi
- İnsult keçirən ustad aktyorun son vəziyyəti açıqlandı
- Türkiyədə 100 mindən çox şəxsi aldadan “Tosuncuk” həbsxanada - Tanınmaz halda - FOTO
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 1010 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 969 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 958 dəfə oxunub