Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Jirinovski söz verdi: - "Heç bir Ukrayna olmayacaq, məhv edəcəyəm!” - VİDEO

Rusiyanın Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovski prezident seçkilərində qələbə qazanacağı halda Ukraynanı məhv edəcəyini bildirib.
 
Publika.az xəbər verir ki, siyasətçi bu bəyanatla “Rossiya 1” telekanalının birbaşa efirində çıxış edib.
 
Jirinovski söz verib ki, Kremlə girişdən üç gün sonra bütün Ukrayna hökumətini həbs edəcək.
 
“Hələ Putini xatırlayacaqsınız ki, o, xeyirxah idi. Hər şeyi məhv edəcəyəm! Heç bir Ukrayna olmayacaq! Hamı həbs ediləcək! Və yalnız hərbi yolla! Prezident seçiləcəyim halda bunu edəcəyəm!”, – deyə Jiriniovski bildirib.
 
Xatırladaq ki, Jirinovski daha əvvəl “Avropanı məhv etmək” ehtiyacını dilə gətirib.
 
 
 
 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...