Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sevdiyi qızı öldürən oğlanın “WhatsApp” yazışması yayıldı - Litseydə dəhşətli hadisə... - VİDEO - FOTOLAR

Türkiyənin Bursa şəhərində litsey şagirdi sinif yoldaşını öldürərək, intihara cəhd edib.

Mynews.az-ın məlumatına görə, Metbuat.az xəbər verir ki, səhər saatlarında qız dostu Nilufəri silahla öldürən H.C silahı başına tuşlayaraq, intihara cəhd edib. Nilufər ölsə də, H.C ağır yaralanıb.

Nilufəri öldürən H.C-nın sinif yoldaşları ilə “WhatsApp” qrup yazışması ortaya çıxıb. Qətldən az əvvəl yazılan yazışmada H.C sinif yoldaşlarına vida məktubu göndərib:

“Sağkən bir işə yaramadım. Mən öləndən sonra orqanlarımı ehtiyacı olanlara verərsiniz ki, insanlara bir faydam olsun. Gedəcəyim yerin hara olduğunu dəqiq bilmirəm. Təkcə onu bilirəm ki, o yer mənimçün cənnət olacaq. Atam da həbsxanaya düşmək istəməzdi, amma nə yazıq ki, tale belə gətirdi. Nilufər məni bu addımı atmağa məcbur etdi. Əslində çöldə 50-100 nəfəri öldürməyi çox istərdim. Amma riskə gedə bilmərəm. Ölüm həqiqətin özüdür. Nəhayət ki, həqiqətə qovuşacam”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...