Fransada prezident seçkisində QALMAQAL - Bülletenlər oğurlandı - VİDEO
Fransada keçirilən seçkilər zamanı, prezidentliyə namizəd Marin Le Penin adı yazılmış bülletenlər seçki məntəqəsindən oğurlanıb.
"Report"un Fransa bürosu xəbər verir ki, Fransanın Milli Cəbhəsinin lideri, prezident seçkilərinin II turuna iki namizəddən biri olan Marin Le Penin adı yazılmış bülletenlər Fransanın Kot - d’Oğ əyalətinin Ğuffey - le - Eşiğey qəsəbəsindəki seçki məntəqəsindən oğurlanıb.
Bülletenləri oğurlamış şəxsi tapmaq məqsədilə seçki məntəqəsinə mühafizə orqanlarının nümayəndələrinin qısa zamanda dəvət edilməsi bir nəticə verməyib. Məntəqədə 979 seçki bülletenindən qalmış 141 bülletenin doldurulması başa çatana qədər seçki məntəqəsinə ən yaxın olan Dijon şəhərindən bülletenlər gətirilib və məntəqə fəaliyyətini dayandırmayıb.
Bu arada Fransada keçirilən prezident seçkilərinin II turunda seçicilərin hələlik 65 %-dən çoxu demokratik borcunu yerinə yetirərək səs verib. Bu, ötən seçkilərlə müqayisədə aşağı göstəricidir.
Belə ki, bu göstərici prezident seçkilərinin Iturunda 69,42 %, 2012-ci ildəki prezident seçkilərinin IIturunda isə 71,96 % təşkil edib.
Qeyd edək ki, Fransanın V Respublikasının 8-ci prezidentinin adı Bakı vaxtı ilə saat 22.00-da məlum olacaq.
Dünya
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu
- Moskvada daha bir DƏHŞƏT
- Məşhur aktyor "Oskar"a çılpaq qatıldı
- Zəlzələdə anasını itirdi, bir gün sonra oğlu dünyaya gəldi
- İnsult keçirən ustad aktyorun son vəziyyəti açıqlandı
- Türkiyədə 100 mindən çox şəxsi aldadan “Tosuncuk” həbsxanada - Tanınmaz halda - FOTO
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 954 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 926 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 916 dəfə oxunub