Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ermənistan Moskvada Şuşanın işğalını qeyd etməyi planlaşdırır

Ermənilər Moskvada Qələbə günü növbəti təxribata hazırlaşırlar. 

Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, AzRu.org nəşrinin məlumatına görə, 9 may bayramı adı altında ermənilər “Şuşanın azad edilməsi” adlı gecə keçirmək niyyətindədirlər. 

“Ayın 9-da “Perfect” restoran kompleksində Şuşanın azad edilməsinə həsr edilmiş “Qarabağ Party” gecəsi keçiriləcək. Qonaqları çoxsaylı sürprizlər, mükafatlar gözləyir, bütün gecə boyu artistlərin çıxışı gözlənilir. Gecənin xüsusi qonaqları – Kren Boksyan və Mart Babayndır. Əhval-ruhiyyənizin yüksək səviyyədə olacağı və zamanınızın şən keçəcəyinə zəmanət veririk”, - tədbirin təşkilatçılarının yaydığı elanda deyilir. 

Qeyd edək ki, “Perfekt” restoran kompleksi Moskva şəhəri, marşal Tuxaçevski küç. 41, korp. 1, “Oktyabrskoe pole” metro stansiyası ünvanında yerləşir. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...