Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Reina” terrorçusuna tələb olunan cəza - REKORD HƏBS

Yeni il gecəsi İstanbulda “Reina” gecə klubuna hücum edərək, 39 nəfəri öldürən İŞİD terrorçusu Abdulkadir Maşaripova istənilən cəza açıqlanıb.

Mynews.az
xəbər verir ki, İstanbul prokuroru terrorçuya 40 dəfə ağırlaşdırılmış ömürlük həbs cəzası tələb edib.

Bu, 2 min 370 il həbs deməkdir. Terrorçunun həyat yoldaşı Zarina Nurullayevaya da 1 540 ildən 2 min 370 ilə qədər həbs cəzası istənilib. Digər 52 şübhəlinin hər birinə isə 15 ilə qədər həbs cəzası tələb olunub.

Cinayət işi İstanbul Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...