Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bu kişi pulla qadınların yanında gəzir - FOTOLAR

Amerikalı Çak Makkarti insanlarla yol getdiyinə görə hər kilometrə 25 sent qazanır.

Makkarti “İnsan gəzdiricisi” adlandırdığı bu işə 2016-cı ildə küçədə gördüyü bir elanla başlayıb. O, şəhərdə dolaşarkən yanında adam olmasını istəyənlərə yol yoldaşlığı edərək, hər kilometr üçün 7 dollar qazanır. Müştəriləri isə daha çox qadınlardır.

Çaka Norveç və Fransadan müraciət edənlər də var:

“Əvvəlcə bu işə həvəskar kimi başladım. Amma bu mənim sevimli işimdir. İnsanlar stress yaşamadan, təzyiq görmədən kimləsə söhbətləşərək yol getməyə can atır. Onların dərdlərinə qulaq asacaq insana ehtiyacları var. Həmin insanlarla eyni yolu paylaşarkən danışmaqdan çox, dinləməyə üstünlük verirəm. İnsanlarla birlikdə olmağı, yeni insanlar tanımağı çox sevirəm. İnsanlar danışdıqlarının sirr qalmasını istəyir. Onların sirlərinin ömürlük olaraq məndə qalacağına söz vermişəm. Amma bura Los-Ancelesdir. Mənə danışılanları pul müqabilində mediaya sata bilərəm. Mənə müraciət edənlərə demək istəyirəm ki, psixoloq deyiləm, ciddi problemləri varsa, mənə yox, psixoloqa müraciət etsinlər”.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...