Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Paraşütçü qadın eniş edərkən elektrik ötürücü xətlərə dəyib - VİDEO

 Şri-Lankada paraşütçü qadın eniş edərkən elektrik ötürücü xətlərə toxunmasına baxmayaraq sağ qalıb. Hadisə şahidlər tərəfindən videoya çəkilib.

Videoyazıda ekstremal idman həvəskarının birbaşa elektrik ötürücü xətlərin üzərinə uçduğu, toqquşma anında isə işartının baş verdiyi görünür. 

Qadın yanıq xəsarəti almasına baxmayaraq heç kəsin köməyi tələb olunmadan ayağa qalxa bilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...