Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dayə 77 yaşlı qocanı döydü

Britaniyada qocalar evlərindən birində yaşanmış olay ölkə mediasında şok effekti yaradıb. 

Mynews.az-ın məlumatına görə, Milli.az “Daily Mail”ə istinadən xəbər verir ki, ölkədə bu hadisə ətrafında böyük qalmaqal yaşanır və bunu Səhiyyə Nazirliyi ilə bərabər polis də araşdırmağa başlayıb.

Hadisə Birmingem şəhərindəki “Perry Locks Care Home” qocalar evində baş verib.
Qocalar evində yaşayan 77 yaşlı psixologiyasında problemlər olan demensiya xəstəsi Betti Boylanın üz, qol və sinəsində son vaxtlar davamlı olaraq göyərmələr vardı. Yaşlı qadın otağa girən hər kəsdən qorxmağa başlamışdı.

Bettinin övlad və qohumları bunu görəndə şübhələnib və otağa videomüşahidə kamerası yerləşdiriblər. Məlum olub ki, qocalar evində tibb bacısı-dayə işləyən 49 yaşlı Bina Bequm zavallı qadınla çox kobud davranır, onu vurur, döyürmüş. Belə anları kamera da əks etdirib.

B.Boylanın ailə üzvlərinin dediklərinə görə, “elitar” sayılan qocalar evində bu biabırçılıq ən ciddi şəkildə araşdırılmalıdır.

“Hər ay 1000 funt-sterlinq ödədiyimiz bir yerdə yaşlı, xəstə qadının tibb bacısı tərəfindən amansızlıqla döyülməsi vəhşilik, cinayətdir”, - deyə Boylanın ailə üzvləri söyləyiblər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...