Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

16 hərbçi 300 terrorçunun hücumunu dəf etdi - Komandirə Milli Qəhrəman adı verildi...

Suriyanın Hələb şəhəri yaxınlığındakı yüksəkliklərdən birində mövqe tutan 16 rus hərbçi gözlənilmədən 300-dək terrorçunun mühasirəsinə düşüb. 

Mynews.az Rusiya mediasına istinadən xəbər verir ki, “Cəhbət-ən Nusra” qruplaşmasının üzvləri iki sutkayadək Rusiya xüsusi təyinatlıları ilə döyüş aparıblar. Lakin rus hərbçilər düşmənə ciddi müqavimət göstərərək heç bir itkiyə yol vermədən strateji yüksəkliyi qorumağı bacarıblar. 

Rusiya xüsusi təyinatlıları minaatan, artilleriyadan, eləcə də tanklardan istifadə edən terrorçuların bir neçə texnikasını və xeyli canlı qüvvəsini sıradan çıxardıqdan sonra qruplaşma üzvləri geri çəkilməyə məcbur olub. 

Rusiya Müdafiə Nazirliyndən xüsusi təyinatlı dəstənin  komandirinə Milli Qəhrəman adı verildiyi bildirilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...