Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Öldürülən 7 yaşlı uşağın ürəkdağlayan məktubu - “Canım anam, canım atam...”

Qızıl qəlbli 7 yaşlı bir balacanın ürəkdağlayan heyakəsini təqdim edir. 

Balacanın adı İvandır. Günümüzdə İvan kimi milyonlarla uşaq var və hamısının qorxusu eynidir. İvanın hekayəsini mümkün qədər çox yayaraq insanları mövzu ilə bağlı maarifləndirməliyik.

“Addım İvandır və 7 yaşım var. Anamı və atamı çox sevsəm də onlardan qorxuram. Məni həmişə döyürlər. Səbəbini isə bilmirəm. Bu səhər oyanıb məktəbə getdim. Yaxşı bir şagirdəm və müəllimlərim məni sevir. Sinif yoldaşlarımı da sevirəm, amma heç dostum yoxdur. Bu üzdən tənəffüslərdə sinifdə qalıram. Kimsə mənimlə oynamaq istəmir. Dost tutmağa çalışdım, amma mənim pis olduğumu deyib, dost olmaq istəmədilər. Hər gün eyni cırılmış köhnə şalvarı, qolsuz köynəyi və ayaqqabıları geyindiyim üçün mənə gülürlər. 

Bir gün məktəbdən çıxanda uzun müddətdir orada qalmış pencəyi oğurladım. Elə bildim ki, kimsənin deyil. Qar yağa-yağa evə getdim. Külək də əsirdi. Həm qar yağıb, həm də külək əsərkən yerimək çox çətin olur. Birdən yerə yıxıldım. Biri üzərimə atıldı və "Səni heç kəs sevmir axmaq uşaq!” dedi. Əvvəlcə kürəyimə sonra da qarnıma təpiklə vurdu. Sonra məni orada qoyub qaçdı. Ağladım. Lap üşüdüyümə görə və ya canım ağrıdığına görə yox, tək bir dostum belə olmadığı üçün ağladım. Evə gələr-gəlməz anam saçımdan çəkdi. "Hardasan sən? Üstün niyə çirklidir? Sənə yemək filan yoxdur. Otağına gir və mən deyənə qədər çıxma" dedi. Anamın dediyi kimi etdim və otağıma getdim. Ertəsi gün də çardağımdan çıxmadım. Həm çox acmışdım, həm də çox üşümüşdüm.

Dərs nəticələrim getdikcə zəiflədi. Atama hər xəbər verəndə məni döydü. Bir dəfə elə döydü ki, işarət barmağımı hərəkət ettirməməyə başladım. Ondan sonra şəhadət barmağımı heç hərəkət etdirə bilmədim və məni daha çox ələ salmağa başladılar. Aradan uzun müddət keçdikdən sonra sinəmdə ağrı hiss etməyə başladım. Anam və atam canımın acısını məhəl qoymurdular. Axşamlar yatağımda uzanarkən tək bir şey arzulayırdım. Canımın ağrımasını istəyirdim. Yoxsa anam və atam daha çox hirslənirdi. Onları həqiqətən çox sevirdim. Hirslənmələrini istəmirdim. 

Məktəbdə ertəsi gün müəllimimiz xəyalımıza aid bir rəsm çəkməyimizi istədi. Digər uşaqlar avtomobillər, raketlər və oyuncaqlar çəkdilər. Mən də bir ailə rəsmi çəkdim. 

Bir ana, bir ata və bir uşaq. Hamı bərabər oyun oynayırdı və mən çox xoşbəxt idim. Rəsmi çəkərkən bir tərəfdən də səssiz-səmirsiz ağladım. Kaş məni çox sevən bir anam və atam olsaydı... Rəsm göstərmək növbəsi mənə gələndə hamı güldü. Mənə gülüşənlərə belə dedim: "Ən böyük xəyalım bir ailəm olmasıdır". Qəhqəhələr daha da artdı. Mən ağlamağa başladım və bunları dedim: "Xahiş edirəm, mənə gülməyin. Bu mənim ən böyük xəyalımdır. Məni vura, məndən nifrət edə bilərsiniz, amma yalvarıram gülməyin. Eynilə siz kimi bir ailə istəyirəm. Qucaqlayan, gülən, məktəbdən qayıtdğımda məni görəndə sevinən. Arıq və çirkin göründüyümü bilirəm. Skelet kimi barmaqlarım var. Amma mənə gülməyin".

Müəllimim göz yaşlarımı silməyə çalışdı. Bəzi dostlarım məni anlasa da gülməyə davam etdilər. Bir gün sınaq nəticələrimiz açıqlananda aşağı qiymətlər aldığımı gördüm. 

Anamın hirslənəcəyini bilirdim. Evə getməkdən qorxuram. Amma başqa hara gedəcəkdim ki? Yavaşca evə tərəf yerisəm də çatmaq istəmədim. Anam hirsləndi. Qolumdan tutdu və yerə atdı. O vaxt ayağımı yerə çırpdım. Sonra başıma iki dəfə vurdu. Yerdən tərpənə bilmədim. Anam məni orada qoyub getdi. Geri qayıdanda ətrafı yığışdırmağımı, əks halda atam evə gələndə çox hirslənəcək dedi. Anama atama heç nə deməməsi üçün yalvardım. Amma atam çoxdan gəlmişdi.  Anam atama aşağı qiymətlərdən bəhs edən kimi atam məni danladı, sonra da sifətimə vurdu. Ondan sonrasını xatırlamıram. Xəstəxanada oyandım. Əllərimi hərəkət etdirə bilmirdim. Pəncərədən çölə baxıb ağladım. Çöldə ailələr uşaqları ilə bərabər oynayırdılar və gülürdülər. Nə üçün ağladığımı bilirsinizmi? Anamın məni qucaqladığını belə xatırlamıram. Anam da atam da məni döyür. Amma yenə də onları sevirəm. Əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Məktəbdə də çalışdım. Amma məni sevmədilər. 

Bir gün yerə çay dağıtdım məni yenə döydülər. Sinəmdə ağrı hiss etdim. Anama dedim, amma əhəmiyyət vermədi. Sonra tək başıma xəstəxanaya getdim. Məni görməyə gəlmədilər. Həkim anamın və atamın yaxında gələcəyini söyləsə də onlar heç gəlmədi. Gözlədim, gözlədim, amma heç kim gəlmədi. Yenə də onları çox sevirəm”. 

 

İvan iki gün sonra xəstəxanadaca həyatını itirir. Həkim ürəyi qəfil dayanmış İvanın əlində kağız parçası tapır, kağızda bunlar yazılmış olur: 

"Canım anam, canım atam. Çirkinəm, pisəm və səfehəm. Məni sevmədiyiniz üçün üzgünəm. Sizi heç qəzəbləndirmək istəməmişəm. Ana, səndən tək istədiyim mənə sarılıb, səmimi bir qucaqlamaq idi. Ata, səninlə isə çölə çıxmaq, əlindən tutmaq və mənə mahnı oxumağını istədim. Məndən utanırsınız, bilirəm. Heç vaxt istədiyiniz kimi bir uşaq olmayacağam".

Bütün uşaqlar sevilməyi haqq edirlər. Ancaq uşaq istismarı hər saniyə, hər dəqiqə, hər saat və hər gün hər yerdə baş verir. Uşağın olduğu evdə zorakılıq olmamalıdır. Uşaqların bu yaşda ehtiyacı olan yeganə şey sevgidir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...