Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Pakistanda partlayış - 25 ölü, 35 yaralı

Pakistanda canlı bomba senatın sədr müavini Əbdül Qafur Heydərinin olduğu avtomobil kortecinin yaxınlığında özünü partladıb.

Mynews.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 25 nəfər həlak olub, 35 nəfər yaralanıb.

Terror aktı Mastunq şəhərində, Bəlucistan əyalətində törədilib.

Pakistan təhlükəsizlik xidmətinin ehtimalına görə, terrorçu avtomobilləri səhv salaraq özünü Heydərinin korteci keçəndən bir neçə saniyə sonra partladıb.

Qeyd olunur ki, Əbdül Qafur Heydərinin sürücüsü ölüb, onun özü isə yüngül xəsarət alıb. 

Terakta məsuliyyəti “İŞİD” terror təşkilatı öz üzərinə götürüb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...