Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Öz nəcisini yeməyə məcbur edilən 15 yaşlı uşaq işgəncəylə öldürüldü - FOTOLAR

15 yaşlı Raymonda adlı oğlan Cənubi Afrikada geylərin müalicə olunduğu düşərgədə gördüyü işgəncələr nəticəsində həyatını itirib. 

 

Cəsədin müayinəsi zamanı müəyyən olunub ki, Raymond uzun müddət aclıq çəkdiyi üçün ölüb. Həmçinin oğlanın bədənində siqaret yanıqları və yaralar aşkar edilib, bəlli olub ki, o, öldüyü vaxta qədər dörd həftə ağır vəziyyətdə yatıb. 

 

Raymondun valideynləri onu bu düşərgəyə “ adam etmək" niyyətilə qoyublarmış. Ancaq Raymond mərkəzdə dəhşətli işgəncələrə məruz qalıb. Onu ac saxlayıblar, tualetə getməsinə icazə verməyiblər və o da hər dəfə öz nəcisini yeməyə məcur olub. Düşərgədə çalışanlar Raymondu "qadını olmaması üçün” hər gecə yatağına zəncirləyib, müxtəlif işgəncələr tətbiq ediblər. 

Raymonda verilən işgəncələrin şahidi olmuş şəxs onun başına yastıq örtüyü keçirərək çılpaq halda stula bağladıqlarını və elektrikli dəyənəklə döydüklərini deyib.

Raymondun ölüm sənədində 15 yaşlı uşağın ağır beyin xəsarəti aldığı və bir qolunun sınıq olduğu bildirilib. Bundan başqa, hesabata görə, Raymonds susuz qaldığından bədəni quruyub. 

Hadisədən sonra mərkəzin iki məsul şəxsi uşaq istismarı və etinasızlıqda günahlandırılaraq cinayət məsuliyyətinə cəlb olunub.

Moderator.az Raymondun fotolarını təqdim edir:

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...