Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Türkiyədə mutant qoyun tapılıb - VİDEO

Türkiyədə çənəsi qulaq seyvanında olan qoyun tapılıb.

Mynews.az Milliyət-ə istinadən xəbər verir.

Mutasiyaya heyvanın sahibi Qazientepe sakini Əli Duman diqqət yetirib. Fermerin sözlərinə görə, qırxma zamanı qoyunlardan birinin qulağını zədələyib. 

“Lakin mən yaraya yaxından baxmaq istəyəndə başa düşdüm ki, bu, ağızdır. Mən çox qorxdum. İlk dəfə idi ki, belə  şey görürdüm”, - deyə Ə.Duman bildirib.

Fermer heyvanı baytarların yanına aparmaq qərarına gəlib. Onlar ağızın qeyri-standart anatomik yerləşməsinə baxmayaraq, bir neçə inkişaf etmiş dişə və tüpürcək vəzisinə malik olmasına, eləcə də udma hərəkətlərini edə bilməsinə təəccübləniblər. Lakin mütəxəssislərin sözlərinə görə, qulaq seyvanında formalaşan ağızın həzm sistemi ilə heç bir bağlılığı yoxdur.

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...