Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Məşhur verilişdə qalmaqal - Həyat yoldaşının zorlandığını açıqladı - VİDEO

Serbiyada yayımlanan məhşur “Big Brother” formatındakı proqramla bağlı qalmaqallı iddia ortaya atılıb.

Metbuat.az-ın məlumatına görə, TV şounun iştirakçısı Mirela Lapanoviç adlı xanım digər iştirakçı Milutin Radosavljeviç tərəfindən canlı yayımda cinsi təcavüzə məruz qalıb.

Bu barədə qadının həyat yoldaşı Andrej Laharner yerli mətbuata açıqlamasında bildirib. Andrej iddia edib ki, onun həyat yoldaşına narkotik vasitə veriblər. Həmin an xanımının narkotik vasitənin təsiri altında olduğunu deyən ailə başçısı, hadisənin telekanal tərəfindən ört-basdır edildiyini irəli sürüb.

Qeyd edək ki, bir həftə əvvəl yayımlanan görüntülər barədə telekanal hələlik açıqlama verməyib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...