İrana qarşı embarqonun müddəti uzadıldı
ABŞ prezidenti Donald Tramp İranın neft və neft məhsullarına qoyulmuş embarqo müddətini uzadıb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ ev açıqlama yayıb.
Trampın qərarında bildirilir ki, digər ölkələrin kifayət qədər neft tədarük etməsi İrandan xammal və neft məhsullarının ixracını azaltmağa imkan verir.
Bununla belə, D.Tramp qeyd edib ki, hazırda ABŞ İranın nüvə proqramı ilə bağlı razılaşma çərçivəsində öz öhdəliklərini yerinə yetirməklə yanaşı, rəsmi Tehranla münasibətlərə yenidən baxır.
Xatırladaq ki, 2015-ci ildə “altılıq” ölkələri (ABŞ, İngiltərə, Fransa, Çin, Rusiya və Almaniya) ilə İran arasında razılaşma əldə olunub. Rəsmi Tehran nüvə proqramının məhdudlaşdırılması ilə bağlı üzərinə bir sıra öhdəliklər götürüb.
Bunun qarşılığında İrana qarşı tətbiq olunan iqtisadi sanksiyalar mərhələli şəkildə aradan qaldırılmalıdır.
2017-ci ilin fevralında ABŞ Tehranın ballistik raket proqramı ilə bağlı İrana qarşı tətbiq olunan sanksiyaları genişləndirib.
Dünya
- Moskvada daha bir DƏHŞƏT
- Məşhur aktyor "Oskar"a çılpaq qatıldı
- Zəlzələdə anasını itirdi, bir gün sonra oğlu dünyaya gəldi
- İnsult keçirən ustad aktyorun son vəziyyəti açıqlandı
- Türkiyədə 100 mindən çox şəxsi aldadan “Tosuncuk” həbsxanada - Tanınmaz halda - FOTO
- İranda məktəbli oğlan anasının baş örtüyü ilə özünü asdı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 987 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 960 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 949 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 949 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 946 dəfə oxunub