Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Şumaxerin xanımını hədələdilər: - "Uşaqlarınız öldürüləcək"

"Formula 1" üzrə 7 dəfə çempion olmuş Mixael Şumaxerin həyat yoldaşı Korinna övladlarının öldürülməsi ilə hədələnib. 

Mynews.az axşam.az-a istinadən bildirir ki, naməlum şəxs Korinnanın elektron poçtuna ismarış yollayıb: 

"Əgər pulları 2016-cı ilin martın 31-dək göndərməsiniz, uşaqlarınız öldürüləcək". 

Cinayətkar ailədən 900 min avro tələb edib. 

Korinna bu məktubdan sonra polisə müraciət edib. Cinayətkarın şəxsiyyəti bank hesabı nömrəsi ilə müəyyənləşdirilib. O, əməlini məhkəmə qarşısında etiraf edib. 

 

Şumaxerlərin iki övladı - Cina Mariya adlı qızı və Mik adlı oğlu var.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...