Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bu ölkə savaş meydanına döndü , 10-la ölü var - Türkiyədən yardım istədilər

Venesuelada hökumət əleyhinə davam edən etirazlarda daha 2 adam həyatını itirib.

Mynews.az xəbər verir ki, təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında çıxan qarşıdurma ölümlə nəticələnib.

Polislə qarşı-qarşıya gələn qəzəbli izdiham nəqliyyatın hərəkətinə mane olub. Paytaxt Karakastakı etirazlar sakit bir şəkildə həyata keçirilərkən, digər şəhərlərdə  izdiham polislə toqquşub. Venesuelanın Kolumbiya ilə sərhədində yerləşən Tachira ştatında baş verən qarşıdurmada 18 və 33 yaşlarındakı iki etirazşı həyatını itirib.

Tachirada toplanan izdiham avtomobilləri , ətrafda olan mağazaların şüşələrinə daş atıblar. Onlarla adamın yaralandığı hadisələrdə bəzi binalara maddi ziyan dəyib.

Carabobo əyalətində isə 3 polis məmuru yaralanıb, başından zərbə alan polislərdən birinin vəziyyətinin ağır olduğu bildirilir. Larada isə etirazçıların üstündən keçən bir avtomobil 3 nümayişçini yaralayıb.

Ölkədə həftədən davam edən aksiyalarda onlarla insan həyatını itirib, 2 mindən çox şəxs  saxlanılıb.

Bu arada Kolumbiya  Venesueladan gözlənilən miqrasiya dalğasına qarşı Türkiyədən yardım istəyib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...