Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tibbi ekspertlər Kris Kornellin intiharını təsdiqləyib

Musiqiçi Kris Kornellin intihar etməsi ilə bağlı xarici mətbuatda məlumatlar dərc olunub.

Mynews.az xəbər verir ki, bu barədə Detroytun hüquq-mühafizə orqanları məlumat yayıb.

Polis idarəsinin mətbuat katibi Maykl Vudi, müstəntiqləri bu versiyaya sövq edən təfərrüatları açıqlaya bilməyəcəyini deyib, amma Kornellin öldüyü yerdə əşyaların olduğunu qeyd edib. 

Vudinin sözlərinə görə, Kornell “MGM Grand Detroit” mehmanxanasında ölüb. Musiqiçinin həyat yoldaşı ailə dostuna zəng edib və ondan ərini yoxlamasını xahiş edib. Ailə dostu nömrənin qapısını zorla açıb və Kornellin hamam otağında yerdə tapıb. 

Reuters agentliyi isə xəbər yayıb ki, tibbi ekspertlər amerikalı musiqiçinin intihar etdiyini təsdiqləyiblər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...