Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yaponiya hökuməti 200 il ərzində ilk dəfə imperatorun taxt-tacdan imtinasını qəbul edib

Yaponiyanın nazirlər kabineti imperator Akixitoya taxt-tacını vəliəhd şahzadə Naruxitoya verməyə imkan verən qanunverici layihəni təsdiqləyib.     

Mynews.az-ın məlumatına görə, Oxu.Az Asian Review-a istiandən xəbər verir ki, sənədin qəbul edildiyi təqdirdə, ölkədə son 200 ildə ilk dəfə taxt-tacdan imtina ediləcək. 

Ehtimal edilir ki, Akixito 2018-ci ilin dekabrında səlahiyyətlərindən geri çəkilə bilər. Amma bundan sonra da Akixito “Zat aliləri” titulunu, dövlət təminatını və digər imtiyazları qoruyub saxlayacaq.

Bununla yanaşı qeyd edilir ki, qanun xüsusi olaraq hazırki imperator üçün hazırlanmışdı, digərləri onun yolu ilə gedərək taxt-tacdan imtinanı sistemə tətbiq etməsinlər.  

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...