Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

ABŞ-ın daha bir təyyarədaşıyan gəmisi Şimali Koreyaya doğru üzür

ABŞ Şimali Koreya sahillərinə doğru ikinci təyyarədaşıyan gəmini göndərib.

Mynews.az-ın virtualaz-a istinadən verdiyi məlumata görə, CNN telekanalı Pentaqon nümayəndəsinə istinadən “USS Ronald Reagan” təyyarədaşıyanının “Yokosuka” hərbi dəniz bazasını tərk etdiyini və Koreya yarımadasına doğru yola çıxdığını bildirib. 

Təyyarədaşıyanın başçılıq etdiyi zərbə qruplaşmasının göndərilməsi Şimali Koreyanın keçirdiyi son uğurlu ballistik raket sınağına cavabdır. Pxenyanın buraxdığı ballistik raket 30 dəqiqəyə yaxın uçub və 800 kilometr məsafə qət edərək Yapon dənizinə düşüb. Əvvəlki sınaqlardan fərqli olaraq raket atmosferin sıx qatlarına idarə olunan vəziyyətdə daxil olub.

Şimali Koreyanın rəsmi teleqraf agentliyi raketin “böyük və ağır nüvə başlığı” daşımaq qabiliyyətində olduğunu bildirir. Koreya ətrafında gərginliyin artmasına görə ABŞ artıq yarımadaya özünün “Karl Vinson” təyyarədaşıyanını göndərib. Regionda habelə bir neçə Amerika atom sualtı qayıqları yerləşdirilib. Cənubi Koreya radiosu isə xəbər verir ki, bu ölkənin xüsusi təyinatlıları ABŞ hərbçiləri ilə birlikdə Şimali Koreyaya desant endirilməsi və nüvə obyektlərinin məhv edilməsi üçün təlimlər keçirib. Təlimlərdə Cənubi Koreyanın desant gəmisindən istifadə olunub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...