Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ronaldo "qətlə yetirildi" - Şübhəli şəxs saxlanıldı...

"Real-Madrid” futbol klubu ciddi təhlükə ilə üz-üzə qalıb.

Mynews.az-ın məlumatına görə, Santiaqo Sançez Ramirez adlı şəxs snayper tüfəngi ilə Kral klubunun ulduzlarının şəklini çəkib. Çəkdiyi şəkilləri çap edən şəxs, polis tərəfindən nəzarətə götürülüb. İfadəsində "Kristiano Ronaldo və Florentino Perezi öldürdüm” deyən şəxs iddia edib ki, o, bu yolla Madrid klubunun idman akademiyasının qarşısındakı təhlükəsizlik tədbirlərinin zəif olduğunu üzə çıxarıb.  Axtarışlar zamanı şübhəlinin evində "Real Madrid"in digər üzvləri Marselo, Ramos, Benzema və sabiq baş məşqçi Karlo Ançelottinin snayper silahı ilə çəkilən fotoları, həmçinin, sənədi olmayan odlu silah aşkar edilib. Ramirezin həmin fotoları öz avtomobilinin içindən çəkdiyi bildirilir.

Yerli dairələr yazır ki, məsələnin üzə çıxmasından sonra Madrid klubu təhlükəsizlik əməkdaşlarına müraciət edərək, futbolçuların mühafizəsinin gücləndirilməsini tələb edib. Hadisə barədə araşdırmalar davam edir. (Avtosfer.az)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...