Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qarabağ münaqişəsini lentə almış məşhur fotoqraf vəfat edib

Dağlıq Qarabağ münaqişəsini çəkmiş məşhur amerikalı fotoqraf Stenli Qrin 68 yaşında Parisdə vəfat edib.

Mynews.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. 

O, uzun sürən xəstəlikdən sonra ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, Senli Qrin xüsusilə münaqişə zonalarına aid fotoları ilə məşhurdur.

O, Berlin divarının yıxılmasını lentə alıb. Eyni zamanda, Cənubi Sudan, Hindistan, Ruanda, Zairdə olub, Dağlıq Qarabağ, İraq, Əfqanıstan, Kəşmir və Livanda münaqişələri tarixin yaddaşına köçürüb.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...