Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

FETÖ-çu qızın Güləndən komik xahişi - “Ərə getmək üçün bizə kişi tapın”

FETÖ terror şəbəkəsinə mənsub olan gənc qızın terrorçubaşı Fətullah Gülənə yazdığı məktub üzə çıxıb.

Mynews.az Türkiyə mediasına istinadən xəbər verir ki, FETÖ/PDY işi çərçivəsində Ərzurumda keçirilmiş əməliyyat zamanı həbs olunan Nurullah D.-yə qarşı hazırlanmış ittihamnaməyə onun bacısının Fətullah Gülənə yazdığı maraqlı məktub da daxil edilib.

Nurəddin D.-nin bacıları 23 və 25 yaşlı Gelhan ilə Gönül D. “Hörmətli-dəyərli Əfəndim” deyə üz tutduqları FETÖ liderinə yazdıqları məktubda ərə getmələri üçün onlara kişi tapılmasını xahiş ediblər.

Qızların yazdığına görə, qardaşları onların ərə getmələrinə imkan vermir, gələn elçiləri geri qaytarır:

“Qardaşımız Nurullah bizim öz əqidəmizə uyğun şəxslərlə evlənməyimizi istəyir, ancaq onların arasında da bizə münasibi olan yoxdur”.

Bacılar məktubun yekununda ərə getmək üçün Güləndən yardım gözlədiklərini açıq şəkildə yazıblar:

“Mən və böyük bacım ərə getmək üçün – bu iş Sizin əlinizdədir – telefon zənginizi gözləyəcəyik. Elçinizi gözləyəcəyik, ya da Ərzuruma gəldiyinizdə bizim evə də baş çəkməyinizi arzulayacağıq. Sizin münasib bildiyiniz qardaşları qəbul edib, itaət göstərəcəyik”.

yenicag.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...