Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Aralarında azərbaycanlı da olduğu İŞİD terrorçuları polis tərəfindən ələ keçdi - VİDEO

Ankara polisi ötən gecə şəhərin Etimesgut rayonu, Yarpacıq məhəlləsində terror aktına hazırlaşan İŞİD üzvlərinə qarşı əməliyyat keçirib.

Əməliyyat zamanı İŞİD terrorçuları ilə polis arasında atışma baş verib, 2 terrorçu öldürülüb.

“İstanbuldan təqib edilən Azərbaycan vətəndaşının İŞİD üzvü olduğu barədə məlumat var.  Son günlər ərzində bu şəxs fəallıq edib və avtomobil kirayələyərək Ankaraya gəlib, onun hərəkətləri şübhə yaradıb. Həmin şəxs 2 İŞİD terrorçusunu buraya gətirib, daha sonra İstanbula geri qayıdıb və yaxalanıb. İfadəsində özünün və əməliyyatda zərərsizləşdirilən bu iki şəxsin İŞİD üzvü olduğunu, Ankarada terror planlaşdırdıqlarını etiraf edib. Nəticədə təcili şəkildə əməliyyat planlaşdırılıb, 2 İŞİD üzvü silahlı çatışmada öldürülüb”, – Ankara valisi Ercan Topaca bildirib.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...