İranın müqəddəs şəhərində rüsvayçılıq - Qız və oğlanlar...
İranın Rəzəvi Xorasan əyalətinin mərkəzi, müqəddəs şəhər sayılan Məşhəddə keçirilən bir gecə kampaniyasına silahlı hücumda 63 qız və oğlan tutulub.
Mynews.az axar.az-a istinadən bildirir ki, bu barədə Məşhəd prokurorunun müavini Həsən Heydəri jurnalistlərə açıqlamasında danışıb.
O bildirib ki, Məşhədin əxlaq təhlükəsizliyi polisi mayın 18-də şəhərin Şirhasar məntəqəsində qız və oğlanların bağ evlərindən birində bir araya gəlməsi və birgə şənlənməsi haqda xəbər tutduqdan sonra həmin evdə əməliyyat keçirib: "Əməliyyat nəticəsində bağ evində alkoqollu içkilər içərək bir-biri ilə əylənən 35 qadın və 28 kişi yaxalanıb. Evdə yoxlama apararkən 33 avtomobil, 36 mobil telefon və çoxlu miqdarda alkoqollu içkilər aşkaralanaraq götürülüb.
Əməliyyat zamanı həmçinin gecə kampaniyasına qatılanlardan bəzilərinin qaçmasının qarşısını almaq məqsədilə polis qüvvələri odlu silahdan istifadə edərək havaya atəş açmaq məcburiyyətində qalıb".
Həsən Heydəri tutulanların polis bölməsinə aparıldığını, hazırda dindirildiyini bəyan edib.
Xatırladaq ki, 2016-cı ilin iyun ayından bu günə kimi İranın müxtəlif şəhərlərində polisin qız və oğlanların birgə qatıldığı gecə qonaqlıqlarına və ad günləri mərasimlərinə hücumunda ən azı 1300 adam həbs edilib.
Dünya
- Moskvada daha bir DƏHŞƏT
- Məşhur aktyor "Oskar"a çılpaq qatıldı
- Zəlzələdə anasını itirdi, bir gün sonra oğlu dünyaya gəldi
- İnsult keçirən ustad aktyorun son vəziyyəti açıqlandı
- Türkiyədə 100 mindən çox şəxsi aldadan “Tosuncuk” həbsxanada - Tanınmaz halda - FOTO
- İranda məktəbli oğlan anasının baş örtüyü ilə özünü asdı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 969 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 934 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 925 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 924 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 922 dəfə oxunub