Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı İŞİD-çi Ankaranı böyük terrordan xilas etdi - Ərdoğanın qurultayı hədəfdə

Bu gün Ankarada terror törətmək istəyən 2 İŞİD-çiyə qarşı keçirilən əməliyyatın təfərrüatları məlum olub. 

Cebhe.info Türkiyə mətbuatına istinadən bildirir ki, polis Azərbaycan vətəndaşı olan şəxsin ifadəsi əsasında aparılan araşdırmada terrorçuların xarici ölkə vətəndaşı olduğunu müəyyən edib.

İŞİD-çilərin Ankarada kirayə qaldıqları evdə axtarış zamanı 2 "Kalaşnikov” avtomatı, çox sayda əl qumbarası, güllələr tapılıb. İŞİD-çilər bu gün AKP-nin qurutayında terror törətməyi hədəfləyib. Ancaq keçirilən əməliyyat buna mane olub. 

Ankara valisi Ercan Topaca əməliyyatın İstanbulda saxlanılan Azərbaycan əsilli İŞİD-çinin etirafı əsasında keçirildiyini bildirib. Onun sözlərinə görə, həmin şəxs polis tərəfindən saxlandıqdan sonra  terror təşkilatının planı barədə məlumat əldə edilib: “Onun kirayə avtomobillə Ankaraya 2 nəfər gətirdiyi şübhə yaradıb. O, etiraf edib ki, həmin şəxsləri Ankaraya terror törətmək üçün gətirib. Bundan sonra əməliyyat keçyrilib və hər iki terrorçu zərərsizləşdirilib”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...