Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Çiyələk və gilas 87 manata - ŞOK QİYMƏTLƏR - FOTOLAR

Maqadanda giləmeyvələrin qiymətləri sosial şəbəkə istifadəçilərini hiddətləndirib.

Publika.az xəbər verir ki, yerli sakinlərdən biri mağazada qiymət cədvəllərinin şəkillərini dərc edib.

Şəkillərdə qarağat, moruq və böyürtkənin qiymətləri göstərilir. Giləmeyvələrin qiymətləri 3 min rulbdan (təxminən 53 dollar, yaxud da 87 manat) yuxarıdır.

Şəkillərin altında təxminən 300 status yazılıb. İstifadəçilər fərz ediblər ki, giləmeyvələr Maqadana biznes-klasla çatdırılır. Çünki, Maqadandan çox da uzaq olmayan Xabarovsk diyarının mərkəzində bir kiloqram çiyələk 170 rubla (təxminən 3 dollar) satılır.

Qrupun abunəçilərindən biri deyib ki, Berlində bir kiloqram ispan çiyələyini iki avroya, Çili qaragiləsini isə 50 sentə almaq olar.

“Tamamilə anormal qiymətlərdir. Sanki biz başqa Rusiyada yaşayırıq!” - istifadəçilərdən biri yazıb.

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...