Mayk Tayson Bakıya gələcək
Bu il oktyabrın 1-dən 6-na qədər Bakıda Dünya Boksçu Şurasının (WBC) 55-ci illik konvensiyası keçiriləcək.
Mynews.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə təşkilatın prezidenti Maurisio Süleyman bildirib.
Maraqlıdır ki, bu tədbirin əvvəlcə Astanada keçirilməsi planlaşdırılmışdı. Lakin WBC rəhbərliyi konvensiyanın keçiriləcəyi yeri dəyişdirib. Bildirilir ki, toplantıya WBC-nin tərkibinə daxil olan 165 ölkənin nümayəndələri qatılacaq. Təşkilatın saytında göstərilir ki, tədbirin yerinin Astanadan Bakıya dəyişdirilməsində idman və gənclər naziri Azad Rəhimovun rolu böyük olub.
Qazaxıstanda isə WBC-nin bu qərarından təəcüblənirlər. Qazaxıstan Boks Federasiyasının prezidenti Yerlan Bekxojin bildirib ki, bu qərar onun üçün anlaşılmaz sürpriz olub. "WBC nümayəndələri şərtlərə baxmaq üçün Astanaya gəlmişdilər və hər şeydən razı qaldılar. Bizim aramızda razılaşma var idi, ancaq Maurusio hər şeydən əvvəl biznesmendir. Harada yaxşı şərt təklif etsələr oranı seçir", - Bekxojin deyib.
Maurisio Süleyman
O bildirib ki, Qazaxıstan nümayəndə heyəti də Bakıdakı tədbirə qatılacaq. "Situasiyaya sakit yanaşmaq lazımdır. Bu, biznesdir. Böyük faciə yoxdur. Bizim imicimizə zərər dəyməyib, biz konvensiyanı növbəti illərdə də keçirə bilərik".
Qazaxıstan toplantını keçirmək üçün ötən il müraciət etmişdi və konvensiyanın keçirilməsi üçün Astana dekabr ayında seçilmişdi. Bu tədbirdə Qazaxıstan dünya boksunun ulduzları Floy-Meyvezer, Mayk Taysonu və digərlərini qarşılamağa hazırlaşırdı. İndi isə həmin ulduzlar Bakıya gələcəklər.
Dünya
- Moskvada daha bir DƏHŞƏT
- Məşhur aktyor "Oskar"a çılpaq qatıldı
- Zəlzələdə anasını itirdi, bir gün sonra oğlu dünyaya gəldi
- İnsult keçirən ustad aktyorun son vəziyyəti açıqlandı
- Türkiyədə 100 mindən çox şəxsi aldadan “Tosuncuk” həbsxanada - Tanınmaz halda - FOTO
- İranda məktəbli oğlan anasının baş örtüyü ilə özünü asdı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 982 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 953 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 943 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 943 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 940 dəfə oxunub