Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sensasiya : İŞİD qəflətən hücum etdi və bu ölkənin bir şəhərini ələ keçirdi - Ağır döyüşlər gedir, bölgədən ilk fotolar

İŞİD terror təşkilatı Filippinin Mindanao əyalətinə basqın təşkil edib.

 Flippin prezidenti Duterte rəsmi səfər üçün olduğu Rusiyada təcili geri dönüb.

Moskvada mətbuata verdiyi açıqlamada Duterte Mindanao əyalətinə bağlı Maravi şəhərində  dövlət çevrilişi cəhdi olduğunu, bu səbəblə də konstitusiyanın ona verdiyi səlahiyyətlə əyalətdə 60 günlük hərbi vəziyyət elan etdiyini bildirib.

Türkiyənin “Yeni Akit” qəzetinin məlumatına görə, İŞİD-in şəhəri işğal etdiyi haqda məlumatlar yayılıb.

Bölgədə şiddətli qarşıdurmalar yaşanır. 2 əsgər və 1 polis ölərkən ən az 30 nəfər yaralanıb.

Şəhərin giriş və çıxışları bağlanarkən “Yeni Akit”qəzeti bölgədən ilk foto görüntülər yayıb.

Qeyd edək ki, Flippin prezidenti Duterte bir müddət öncə, ABŞ-ı sərt şəkildə tənqid etməsi, keçmiş prezident Barak Obamanı “fahişə oğlu” adlandırmışdı. Lakin, Trampın prezident vəzifəsinə gəlişindən sonra, Duterte ilə münasibətlər normallaşmışdı.

 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...