Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

15 yaşlı qız telefona görə ata qatili oldu

Türkiyənin İzmir şəhərində, Bayraqlı mahalında, 15 yaşlı Ö. iddialara görə mübahisə etdiyi 42 yaşlı  atası Faruk Dədəni qarınından bıçaqlayıb. Dədə çatdırıldığı xəstəxanada həyatını itirib.

Hadisə gecə saatlarında Əmək Məhəlləsindəki bir evdə baş verib.

Mynews.az-ın məlumatına görə, Milli.Az Hüriyet-ə istinadən xəbər verir ki, keçmiş həyat yoldaşı Yeliz A. (36) və qızı Ö ilə birlikdə yaşayan Faruk Dədə gecə saatlarında evə gəlib. İddialara görə, içkili olan Dədə qızının əlindəki telefonu almaq istəyib. Lakin telefonunu vermək istəməyən Ö. atası ilə mübahisəyə başlayıb..

Mübahisənin böyüməyindən sonra Ö. əlinə keçən bıçağı Dədənin qarınına batırıb. 

Dünyasını dəyişən Dədənin cəsədi prokurorluğun yoxlanışından sonra meyitxanaya aparılıb. 

Hadisə ilə əlaqədar başladılan istintaq davam edir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...